14 noyabr 2019 14:02
927

Hakim hakimi döyüb

Türkiyəli sabiq FİFA referisi Dəniz Atəş Bitnel daha bir qalmaqala diqqət mərkəzinə düşüb. 

"İki sahil" APA-ya istinadən xəbər verir ki, 37 yaşlı hakim həvəskarlar arasında keçirilən "Maltəpə 1923" - "Golden Master" qarşılamasının antiqəhrəmanı olub. 

Bu matçda futbolçu kimi çıxış edən D. Bintel görüşün 51-ci dəqiqəsində hakim Mehmet Ağaçlınin qərarına sərt reaksiya verib və onu yumruqla yerə sərib.

Yekunda M. Ağaçlı Dəniz Atəş barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. O, sabiq həmkarı tərəfindən 15 dəqiqə təhqir edildiyini də vurğulayıb.
 
Qeyd edək ki, 2016-cı ildə keçirilən "Trabzonspor" - "Qalatasaray" maçında göstərdiyi qırmızı vərəqələrə görə FİFA statusunu itirən və Salih Dursunun ona göstərdiyi qırmızı vərəqə ilə məşhurlaşan D. Bintel həvəskar səviyyədə peşəsini davam etdirir.