03 may 2020 16:01
2821

“Şeyx Sənan”ın orjinal nüsxəsi Türkiyədə satışa çıxarılıb

Böyük Azərbaycan dramaturqu və şairi Hüseyn Cavidin “Şeyx Sənan” dörd pərdəli pyesinin orjinal nüsxəsi Türkiyədə satışa çıxarılıb.

AZƏRTAC xəbər verir ki, 1926-cı ildə “Azərnəşr” tərəfindən çap edilən 121 səhifəlik kitab “Nadir kitab” Yayın Evi tərəfindən təqdim satışa çıxarılıb. Nəşr barədə arayışda məlumat verilir ki, kitabı avtoqrafla hədiyyə edən müəllif yazıb: “Qardaşım doktor Xəlil bəy əfəndiyə. Hüseyn Cavid”.