27 oktyabr 2020 11:38
614

"Tottenhem”li  futbolçudan  inanılmaz rekord

"Tottenhem"in hücumçusu Son Xın Min İngiltərə Premyer Liqasının  6-cı turunda səfərdə 1:0 hesabıyla yendikləri "Börnli"nin qapısına yol taparaq ilkə imza atıb.

“İki sahil” xəbər verir ki, cənubi koreyalı ön xətt oyunçusu İngiltərə Premyer Liqası tarixində ilk 3 səfər oyununda 6 qol vurmuş ilk futbolçu kimi tarixə düşüb.

Bu mövsüm çempionatda 8 qolla yadda qalan Son bombardirlər siyahısında da liderdir.