21 yanvar 2021 17:18
1359

Natali Delon vəfat edib

Aktyor Alen Delonun keçmiş həyat yoldaşı, fransız aktrisa Natali Delon vəfat edib.

"İki sahil" xəbər verir ki, aktrisa 79 yaşında dünyasını dəyişib.

Natali və Alen Delon 1964-1969-ci illərdə evli olublar, onların oğlu da aktyordur. Aktrisanın ölüm səbəbi açıqlanmır.

Natali Delon onlarla filmdə rol alıb. O, Alen Delonla "Samuray" (1967) filmində çəkilib.