24 yanvar 2021 18:36
739

Serdjino Dest "Barselona"da özümü komfort hiss etmir

"Mənə özümə inamı qaytarmaq vacibdir. Bu halda əvvəlkitək oynaya, öz potensialımı qaytara biləcəyəm. İndi isə özümü komfort hiss etmirəm".

"İki sahil"in məlumatına görə, bunu "Barselona"nın müdafiəçisi Serdjino Dest deyib.

Xatırladaq ki, 20 yaşlı Dest "Barselona"ya 2020-ci ilin yayında "Ayaks"dan keçib (21 milyon avroya). Amerikalı futbolçu bu mövsüm 21 matçda 1 qol vurub və 1 qolun ötürməsini verib.