1961-ci il 21 mart. Mən neft tapmışam. Bax belə! Hörmətlə Fərman Salmanov”.
"İki sahil" xəbər verir ki, bu teleqramı Novruz bayramı günü soyuq Sibirdə Megion neft yatağını kəşf edən Azərbaycanlı neftçi-alim Fərman Salmanov Sovet rəhbərliyinə - Nikita Xruşova ünvanlayır.
Bununla da, böyük neftçi onun Qərbi Sibirdə neft axtarışlarına şübhə ilə yanaşanların fikrinə nöqtə qoymuş olur. Bu gün də 60 yaşı tamam olan Megion yatağından neft çıxarılır. Sizə sağlığında bir çox yüksək dövlət mükafatlarına layiq görülmüş Fərman Salmanov haqqında videomaterialı təqdim edirik. Boyük neftçini daha yaxından tanıyaq: