Azərbaycanın neft-kimya sənayesinə öz töhfəsini verən gənclərimizdən biri də Mətin Hüseynlidir.
“İki sahil” xəbər veri ki, SOCAR-ın Dövlət Proqramı çərçivəsində Toronto Universitetində təhsil almış gənc həmkarımız 2014-cü ildən “SOCAR-Polymer” şirkətində çalışır. Bu illər ərzində texnoloji məsələlər üzrə kiçik mühəndis vəzifəsindən Yüksək Sıxlıqlı Polietilen qurğusu üzrə istehsalat rəhbəri vəzifəsinədək yüksəlib.
M.Hüseynli müstəqil Azərbaycan üçün əhəmiyyətli neft-kimya layihələrindən biri olan “SOCAR Polymer” layihəsinin bütün mərhələlərində - ilkin layihələndirmədən başlayaraq, işçi layihəsinin hazırlanması, tikinti işləri, sınaq-sazlama və istismarında iştirak etdiyinə görə qürur duyur.