09 aprel 2021 11:17
1131

Qala Ekoloji Parkında bərpa olunan enerji parkın ehtiyaclarına yönləndirilir - FOTO

Qala Ekoloji Parkında bərpa olunan enerji mənbələrindən istifadə olunması məqsədilə SOCAR 10 il əvvəl günəş batareyaları və külək generatorları quraşdırıb.

Bu barədə SOCAR “telegram” səhifəsində paylaşım edib.

Paylaşımda bildirilib ki, əldə edilən elektrik enerjisi parkın ehtiyaclarına yönləndirilir.

Qeyd edək ki, SOCAR tərəfindən həyata keçirilən ən mühüm ekoloji layihələrdən biri olan Qala Ekoloji Parkı 2011-ci ilin sentyabrında açılıb.