SOCAR Türkiyənin aviasiya sektoruna 2013-cü ildə daxil olmaqla, bu şəbəkənin yanacaq ehtiyacını ödəyən ən böyük 3 şirkətdən biri olmağı bacarıb.
“İki sahil” xəbər verir ki, bununla bağlı SOCAR “telegram” səhifəsində paylaşım edib.
Paylaşımda bildirilib ki, İstanbul hava limanında təyyarələrin illik yanacaq ehtiyacının 700 min tonunu Türkiyənin ən böyük birbaşa xarici investoru “SOCAR Türkiyə”nin Türk hava nəqliyyatı sektoru ilə birlikdə böyüyən markası "SOCAR AVIATION" ödəyir.
Qeyd edək ki, "SOCAR AVIATION" 2013-cü ildə hava nəqliyyatı sektorunda fəaliyyətə başladıqdan sonra bir sıra hava limanının təyyarə yanacağı tədarükçüsünə çevrilib. Muğla Milas-Bodrum ve İzmir Adnan Menderes hava limanları ilə yanaşı İstanbul Sabiha Gökçen, Antalya, Muğla Dalaman, Ankara Esenboğa, Trabzon, Samsun Çarşamba, Adana, İstanbul İGA hava limanlarının da yanacaq ehtiyacını qarşılayır.
Məlumat üçün bildirək ki, yanacaqdoldurma sahəsində investisyalarını davam etdirən "SOCAR AVIATION" gələcəkdə yeni yanacaqdoldurma komplekslərini də istismara verməyi planlaşdırır.