2013-cü ildən fəaliyyət göstərən “SOCAR MARINE” Türk boğazlarından keçən və Türkiyə limanlarında yük əməliyyatları həyata keçirərək xaricə yola düşən gəmiləri yanacaqla təmin edir.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR “telegram” səhifəsində paylaşım edib.
Paylaşımda qeyd olunur ki, Şirkət 2020-ci ildə 650 min tona çatan satış həcmi ilə beynəlxalq dəniz yanacağı sektorunda yenidən lider oldu.