“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev “Caspian Energy Club”ın təşkil etdiyi ənənəvi “Online B2G Forum”da iştirak edib.
Birlikdən "İki sahil"ə bildirilib ki, forum çərçivəsində aktual sual və təkliflər müzakirə olunub. R.Əliyev çıxışı zamanı qazlaşdırıma ilə bağlı bəzi məqamlara da toxunub.
“Prezident İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi sosial siyasətin nəticəsi olaraq artıq ölkədə qazlaşma səviyyəsi, işğaldan azad olunan torpaqlar istisna olmaqla 96,2 faiz təşkil edir. Son 10 ildə respublikamızda 1554 kənd və qəsəbə qazlaşdırılaraq təbii qazla təmin olunub”, - deyə o qeyd edib.