13 avqust 2021 11:32
1718

Bakı nefti ilə şöhrət qazanan Nobel qardaşları

Abşeron yarımadasında 1875-ci ildən fəaliyyət göstərməyə başlayan Nobel qardaşları 1879-cu ildə rəsmi olaraq “Branobel” şirkətini təsis ediblər.

“İki sahil” xəbər verir ki, bu haqda məlumat SOCAR-ın sosial şəbəkə hesablarında paylaşılıb.

1884-cü ildən artıq bu şirkət Azərbaycan nefti hesabına tanınırdı və bir sıra beynəlxalq sərgilərin əsas iştirakçıları sırasında idi.

1884-cü ildə Londonda, 1889 və 1990-cı illərdə Paris, 1893-cü ildə Çikaqo, 1897-ci ildə isə Stokholmda keçirilən sərgilərdə Nobel qardaşları Bakı neftini nümayiş etdirib şöhrət qazandılar.