16 avqust 2021 21:27
1255

Həyatının 42 ilini Neft Emalı Zavoduna həsr edən usta

Eltay Əliyev 1979-cu ildə müsabiqədə iştirak edərək Heydər Əliyev adına Neft Emalı Zavoduna çilingər vəzifəsinə qəbul olunub.

“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın sosial şəbəkə hesabında xəbər paylaşılıb.

O, bir neçə vaxtdan sonra usta kimi fəaliyyətini davam etdirməyə başlayıb. Artıq 42 ildir ki, həyatını böyük istehsalat müəssisəsi ilə bağlayıb. Çalışdığı müddətdə 4 istehsalat qurğusunun tikintisində və istehsala buraxılışında iştirak edib.

Hazırda zavodun modernizasiya prosesində əməyi keçən neftçilərdəndir. “Şöhrət” ordenli Eltay ustanın əməyi dövlət tərəfindən də qiymətləndirilib.