14 oktyabr 2021 01:58
420

Hər kəsin gözlədiyi obrazı o canlandıracaq

Aktyor Aras Bulut İynemlinin "Çukur"dan sonra hansı layihədə olacağı hər kəsə maraqlı idi.

“İki sahil” xəbər verir ki, aktyorun yeni işi bəlli olub. İynemli yeni bir filmə çəkiləcək. O, ekran işində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü canlandıracaq. Filmin adı hələ açıqlanmasa da, hazırlıqları başlanılıb.

Qeyd edək ki, layihə 2023-cü il 29 oktyabrda Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə yayımlanacaq.