25 noyabr 2021 12:42
324

"Zirə" klubu legioneri ilə vidalaşıb

"Zirə" klubu futbolçusu Georgi Stoilovla yollarını ayırıb.

“İki sahil” xəbər verir ki, Şimali Makedoniyadan olan yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Klub göstətdiyi xidmətlərə görə 26 yaşlı oyunçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Georgi Stoilov avqustun 4-də "Zirə" ilə 2+1 illik müqavilə imzalamışdı.