11 fevral 2022 12:39
1001

Azərbaycanda qaz istehlakı artıb, itkilər azalıb

Bu ilin yanvar ayında "Azəriqaz" İstehsalat Birliyi 1 183 mln. kubmetr qaz qəbul edib ki, bu da illik müqayisədə 9,4% çoxdur.

“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu ilin yanvarında ötən ilin yanvar ayı ilə müqayisədə 102 mln. kubmetr çox qaz qəbul edilib.

R. Əliyev onu da qeyd edib ki, hesabat dövründə ümumi qazpaylayıcı şəbəkəsi üzrə ümumi qaz itkiləri 6,3% təşkil edib, bu da illik müqayisədə 2,5 faiz bəndi azdır.

Bununla yanaşı, yanvar ayında istifadə edilmiş qaz üzrə ödəniş səviyyəsi 91% təşkil edib (əhali – 95%, qeyri-əhali – 87%), bu da illik müqayisədə 19 faiz bəndi çoxdur.

İB rəsmisinin sözlərinə görə, yanvarda "Azəriqaz" üzrə 5 900 yeni abonent qeydə alınıb.