14 fevral 2022 15:50
1883

SOCAR əməkdaşının uğurlarından bəhs edən paylaşım edib - FOTO

“Həmkarımız Rahid Şirəliyev Cənubi Koreyanın “Korea” Universitetində “Biznesin idarəedilməsi” ixtisası üzrə təhsil alıb.”

“İki sahil” xəbər verir ki, SOCAR “SOCAR Polymer”in kimyəvi maddələr üzrə koordinator Rahid Şirəliyev haqqında sosial şəbəkədə paylaşım edib

Paylaşımda qeyd olunur ki, “SOCAR Polymer” şirkətinin Yay təcrübə proqramının qalibi olmaqla 3 ay “Materialların idarəolunması” şöbəsində çalışıb. Təcrübə zamanı qazandığı yüksək fərdi keyfiyyətləri nəticəsində işə qəbul edilib. Kimyəvi maddələr üzrə koordinator R.Şirəliyev qazandığı bilik və təcrübə nəticəsində “SOCAR Polymer” istehsalı olan məhsulların elektron resurslarını yaradıb. Bu sistem malların düzgün yerləşdirilməsi, məhsul istifadəçisinə təhvili, sayın dəqiq qeyd edilməsi və digər mürəkkəb işləri sadələşdirilmiş formada icra etməyə imkan verir.