17 fevral 2022 15:18
1526

SOCAR Bakı-Batum neft kəməri haqqında paylaşım edib - VİDEO

SOCAR rəsmi “Facebook” ssəhifəsində Bakı-Batum neft kəməri haqqında paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda qeyd olunur ki, Bakı-Batum neft kəməri layihəsi ilk dəfə XIX əsrin 70-ci illərində irəli sürülmüşdü: “Əsrin son onilliklərində xaricə ixrac olunan başlıca neft məhsulu ağ neft olduğundan, 1896-cı ildə Bakıdan Batuma məhz ağ neft nəql etmək üçün neft kəmərinin inşası qərara alındı. Boru kəmərinin inşasına və istismarına Cənubi Qafqaz dəmir yolu İdarəsi rəhbərlik edirdi.”