18 fevral 2022 13:14
1148

Zəngilana magistral qaz kəmərinin tikintisi layihəsi hazırlanır

Zəngilan istiqamətində magistral qaz kəmərinin layihələndirilməsi işləri aparılır.

“İki sahil” xəbər verir ki,  bunu "Azəriqaz"ın Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

O bildirib ki, sözügedən qaz kəmərinin layihələndirmə prosesi hələ başa çatmayıb.

T. Cəfərov əlavə edib ki, növbəti mərhələdə isə Zəngilan rayonunun qazlaşdırılması məsələsi duracaq.