02 mart 2022 19:47
1726

Dövlət Neft Şirkətinin birinci vitse-prezidentindən “SOCAR Polymer”lə bağlı PAYLAŞIM

Ölkəmizdə kiçik və orta biznes subyektlərinin inkişafına, idxaldan asılılığın azaldılmasına və ixracatın şaxələndirilməsinə mühüm töhfə verən müəssisələrimizdən biri də “SOCAR Polymer”dir.

“İki sahil” xəbər verir ki,  bu barədə SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf sosial media hesabında yazıb.

O bildirib ki, 2021-ci ildə ölkə üzrə qeyri-neft ixracının 9 faizdən çoxu “SOCAR Polymer”in payına düşüb.