"SOCAR Marine" şirkəti artıq Türkiyə daxilində də yanacaq satışlarına başlayıb.
Şirkətdən “İki sahil”ə verilən məlumata görə, "SOCAR Marine" dəniz yanacağı sektorunda beynəlxalq müstəvidə fəaliyyət göstərərək, ildə təxminən 700 min ton yanacaq satışı gerçəkləşdirirdi.
İndi illik 450 min ton bazar potensialı olan Türkiyənin limanlarında da xidmət göstərəcək.