07 mart 2022 13:04
1470

SOCAR qazmaçıları təbrik edib

“Azərbaycanın neft-qaz çıxarma sənayesində böyük təcrübəyə malik, axtarış-kəşfiyyat qazma işlərini və müxtəlif quyu xidmətlərini yüksək keyfiyyətlə həyata keçirən “Kompleks Qazma İşləri” Trestimiz 15 ildir ki, fəaliyyət göstərir.” 

“İki sahil” xəbər verir ki, bu fikirlər SOCAR-ın rəsmi “Facebook” səhifəsindəki paylaşımında qeyd olunub.

Paylaşımda bildirilir ki, 2007-ci ildən Xəzər dənizində yerləşən, dünyanın ən mürəkkəb yataqlarından olan “Bulla dəniz”, “Ümid”, Paylaşımda bildirilir ki, “Günəşli”, “Neft Daşları”nda, eləcə də Azərbaycanın digər sahələrində, ümumilikdə 1,7 milyon metrə yaxın qazma işlərinin aparılması və 1038 quyunun sifarişçiyə təhvil verilməsi müəssisənin əzmkar və peşəkar komandasının  uğurudur. Qazmaçılarımızı təbrik edirik!