"SOCAR-ın 2011-ci ildən fəaliyyət göstərən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində (TTSİ) təşkil edilən kurslar beynəlxalq standartların tələblərinə uyğun həyata keçirilir."
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın rəsmi "Facebook" səhifəsində paylaşımında qeyd olunub.
Fəaliyyəti dövründə TTSİ təlimlərində iştirak edən dinləyicilər bu gün neft-qaz sənayesinin inkişafına öz töhfələrini verirlər. Təkcə ötən bir il ərzində TTSİ təlimlərindən 22416 dinləyici yararlanıb.