14 mart 2022 16:41
1283

SOCAR-ın neft-kimya sənayesində uğurlara imza atması hər bir mühəndis üçün əvəzolunmaz qürurdur - FOTO

"BANM-nin "Kimya mühəndisliyi" fakultəsinin məzunu Fərid Əliyev karyerasına 2018-ci ildə SOCAR-ın Türkiyədəki aktivlərindən biri - "Petkim" neft-kimya kompleksində başlayıb. Hazırda kompleksdə PTA (Saf tereftal turşusu -Purified Terephtalic Asid) istehsalatı üzrə şef mühəndisdir."

“İki sahil” xəbər verir ki, SOCAR BANM-in məzunu Fərid Əliyev barədə sosial şəbəkədə paylaşım edib.

Paylaşımda o da bildirilir ki, Poliester üçün əsas xammaddə olan PTA-nın səmərəli və müştəri tələbinə uyğun istehsalında iştirak edən gənc həmkarımız bildirir ki, doğma SOCAR-ın neft-kimya sənayesində uğurlara imza atması hər bir mühəndis üçün əvəzolunmaz qürurdur.