“TANAP boru kəməri ilə 2021-ci ildə Türkiyə və Avropaya ümumilikdə 13,73 milyard m3 Azərbaycan qazı nəql olunub.”
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın sosial şəbəkədə paylaşımında qeyd olunur. Cari ildə bu həcmin 18% artırılması nəzərdə tutulur.
Paylaşımda bildirilib ki, 2022-ci ilin sonuna qədər TANAP boru kəməri ilə ümumilikdə 16.2 kubmetr qazın nəqli planlaşdırılır.