20 may 2022 17:02
744

"Borussiya" baş məşqçisi ilə yolları ayırdı

Dortmund "Borussiya"sı baş məşqçisi Marko Roze ilə yolları ayırıb.

"İki sahil" klubun saytına istinadən xəbər verir ki, onunla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, M.Roze 2021-ci ildən Dortmund təmsilçisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda Bundesliqanı 2-ci pillədə başa vurub.