20 may 2022 17:41
334

Kanada Rusiyaya qarşı növbəti sanksiyaları tətbiq edib

Kanada Rusiyaya qarşı növbəti sanksiyaları tətbiq edib.
“İki sahil” xəbər verir ki, yeni sanskiyalar Rusiya oliqarxları, onların ailə üzvləri və Prezident Putinin ətrafında olan yaxın adamlar da daxil olmaqla 14 şəxsə tətbiq olunub.
Bugünkü sanksiyalar çərçivəsində Rusiyaya lüks malların ixracına, həmçinin Rusiyadan lüks malların idxalına qadağa tətbiq olunur. Kanada hökuməti alkoqollu içkilər, tütün məmulatları, bəzi tekstil məhsulları və idman geyimləri, ayaqqabılar, dəbdəbəli geyim və aksessuarlar, zərgərlik məmulatları, mətbəx əşyaları və incəsənət parçaları da daxil olmaqla, lüks malların Rusiyaya ixracını qadağan edir.

Kanada həmçinin Rusiyadan alkoqollu içkilər, dəniz məhsulları, balıq və qeyri-sənaye almazları da daxil olmaqla, lüks malların idxalını qadağan edir.