KÖŞƏ

Zahid Rza

AXCP-nin növbəti aksiya-şousu fiaskoya uğradı

01 oktyabr 2022 01:16
2582

Məlum olduğu kimi, Bakı Şəhər İcra Hakimiyyəti AXCP-nin Azərbaycan Respublikası Milli Məclisinin qarşısında oktyabrın 30-da saat 16.00- da təyin etdiyi aksiyaya icazə verməmişdi. AXCP isə bu qərarla razılaşmayaraq təşkilatın təmsilçilərindən olan Fuad Qəhrəmanlının dili ilə siyasi mühacir adı ilə xaricdə məskunlaşan Tural Sadıqlının “Azad söz” internet TV-sində bu aksiyanı keçirməkdə israrlı olduğunu bəyan etdi. Artıq bir neçə gündür ki, “cəbhəçilər” AXCP sədri Əli Kərimlinin təlimatı ilə aksiya ilə bağlı sosial şəbəkələr vasitəsilə insanlara çağırışlar edərək onları yenə qanunsuz əməllərə təhrik edirdilər.

Heç kimə sirr deyil ki, marginallaşaraq özünü cəmiyyətdən və siyasi proseslərdən təcrid edən, siyasi dialoqdan inadkarcasına yayınan AXCP-nin “başbilənləri” “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı təkliflər vermək, müzakirələrdə iştirak etmək əvəzinə ilk gündən sənədi bilərəkdən mürtəce adlandıraraq onun əleyhinə təbliğat aparıblar. Beləliklə də, dəyişikliyə, yeniliyə qarşı olduqlarını bir daha ortaya qoyublar. Məsələ orasındadır ki, ekspertlərin dediyi kimi, “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub və həmin vaxtdan 30 il keçir. Hazırda Azərbaycanın siyasi sistemində və bu sistemdə partiyaların fəaliyyətində ciddi yeniliklər, irəliləyişlər olub. Hazırda qüvvədə olan qanun müasir dövlətimizin, cəmiyyətimizin inkişafına adekvat deyil. Bu mənada, siyasi partiyaların fəaliyyətinin daha yüksək səviyyədə qurulmasında, genişlənməsində həmin qanun ciddi maneələr yaradır. Ona görə də müasir inkişafın spesifikası və səviyyəsi nəzərə alınaraq, bu sahədə yeni qanunun hazırlanması zəruridir.

Əslində Ə.Kərimli və onun tərəfdarları çox yaxşı bilirlər ki, ölkəmizdə keçirilən aksiyalar, mitinq və küçə yürüşləri “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilir.  Belə aksiyaların keçirilməsi müvafiq icra hakimiyyəti ilə razılaşdırıldıqdan sonra, mitinq və küçə yürüşünün keçirilməsi üçün müvafiq ərazidə yer ayrılır, hətta iştirakçıların təhlükəsziliyi müvafiq hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən qorunur. Müvafiq qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketlər isə qanunsuz hesab edilir. Bütün bunları yaxşı bilən radikal qüvvələr əvvəllər olduğu kimi, şüurlu şəkildə ictimai-siyasi sabitliyi pozaraq polislə qarşıdurma yaratmaq, bu yol ilə gündəmdə qalmaq üçün yenə də ən çirkin vasitələrə əl atırlar. Təbii ki, “demokrat” donuna bürünmüş bu antimilli qüvvələr həm də süni gərginlik və qarşıdurma səhnələri yaratmaqla beynəlxalq dairələrin diqqətini cəlb etmək istəyirdilər. Onların məkrli niyyətlərlə planlaşdırdığı qanunsuz aksiya baş tutmadığına, eləcə də cəmiyyətimiz tərəfindən dəstəklənmədiyinə görə iflasa uğradı.

Qətiyyətlə demək olar ki, sentyabrın 30-da baş verənlər əslində dağıdıcı qüvvələrin xəyanətkar simasını bir daha ortaya qoydu. Şübhəsiz, ölkəmizin inkişafından, beynəlxalq arenada mövqelərinin möhkəmlənməsindən, Silahlı Qüvvələrimizin qüdrətindən vahiməyə düşən bəzi düşmən dairələrin köləsinə çevrilən, dövlətə, xalqa qarşı müxalifətçilik yolunu tutan AXCP, “Milli Şura” və “siyasi mühacirlər” üçlüyünün Azərbaycan əleyhdarı olan dairələrlə işbirliyində olması çoxdan ictimaiyyətimizə bəllidir. Hamımız yaxşı bilirik ki, “sapı özümüzdən olan baltalar”ı öz məqsədləri üçün maliyyələşdirən, çirkli pullarla şirnikləşdirib yemləyən dairələr var. O dairələr isə bəllidir: bəzi ölkələrin xüsusi xidmət orqanları və erməni lobbisi. Azərbaycanın əleyhinə şər-böhtan kampaniyası aparan bu cəhənnəm kölələri ilə bağlı dəfələrlə üzə çıxan faktlar bunun əyani sübutudur. Dağıdıcı müxalifətin qanunsuz 30 sentyabr aksiyasında səsləndirdikləri çağırışlar bir daha sübut etdi ki, sosial bazası və tərəfdarı olmayan bu antimilli ünsürlər yalnız və yalnız anti-Azərbyacan dairələrin tapşırıqlarını yerinə yetirirlər.

 Təbii ki, hüquq-mühafizə orqanları öz vəzifələrini yerinə yetirərək AXCP-nin növbəti dəfə qanunazidd üsullarla hərəkət edərək Bakının mərkəzində xaos və qarşıdurma yaratmaq cəhdinin qarşısını aldı. Əlbəttə ki, məlum xəyanətkar zümrənin milli-mənəvi dəyərlərimizə zidd olaraq öz maraqlarını hər şeydən üstün tutaraq xaricdəki ağalarından aldıqları tapşırıqlara əsasən ictimai sabitliyi pozmağa cəhdlər etməsi cəmiyyP)ətimiz tərəfindən ikrahla qarşılandığından bir daha fiaskoya uğradı.