Qul - bir insanın başqa birinin malı və mülkü olmasıdır. Başqa bir adamın malı və mülkü olan adama kölə və ya qul, kölə sahibinə isə əfəndi və ya himayədar deyilir. Qadın kölələrə isə cariyə deyilir. Qədim zamanlardan bəri döyüşdə əsir düşənlər , ağır cinayət işlədənlər , borcunu ödəyə bilməyənlər, quldurlar tərəfindən qaçırılanlar qul bazarlarında satılırdı . Kişi qulların uşaqları da belə qul sayılırdı. Milyonlarla insan qədim zamanlardan hüquq və hisslərinin tapdalanmasından, köləlikdən əziyyət çəkib və müasir ölkələrin əksəriyyətində köləlik rəsmən qadağan edilsə də, bu, hələ də bəşəriyyət üçün böyük problem olaraq qalmaqdadır. Beləliklə, köləlik haqqında hər kəsin bilmədiyi maraqlı faktları təqdim edirik.
ABŞ tarixində ilk qanuni quldarlıq ilə məşğul olan insan qaradərili tütünçü Entoni Conson olub. Üstəlik, onun özü də bir vaxtlar kölə olaraq ərəb tacirlərinə satılıb.
1850-ci illərdə bir qul qaçmaq istəsəydi o zaman ona psixiatrik drapetomaniya diaqnozu qoyulurdu. Həmin köləni cəzalandırmaq və qaçmağını qeyri-mümkün etmək üçün o, qamçılanırdı və barmaqları kəsilirdi.
Köləliyin keçmiş əsrləri ilə bağlı olduğuna dair yayılan fərziyyələr yanlışdır.
Məsələn, 1940-cı illərdə “ V-2” ballistik raketinin istehsalında qul əməyindən istifadə edildiyi halda lakin qədim misirlilər piramidaları tikmək üçün muzdlu işçilərdən yararlanırdılar.
Hazırda dünyada əvvəlkindən daha çox qul var. Təxminən 27 milyon insanın köləlik şəraitində yaşadığı təxmin edilir. Onlardan 15 milyonu Hindistanda yaşamaqdadır.
Heç bilirdinizmi ki, caz musiqisi XX əsrdə ABŞ-da zəncilər tərəfindən yaradılıb. Yeni Orlean qaydaların o qədər də sərt olmadığı yeganə yer idi. Qullar bazar günləri burada toplaşıb mahnı oxuya, rəqs edə və musiqi dinləyə bilərdilər.
Qul əməyinin ləğv edilməsi barəsində ilk qanunlar İngiltərədə və ABŞ-da 19-cu əsrin ilk rübündə, 1807-ci ildə çıxarılmış , daha sonra digər Avropa dövlətləri onları izləmişdi. Avropada İngiltərədən sonra köləliyi ilk ləğv edən Osmanlıdır . Osmanlıda qul əməyi Sultan Abdülməcidin dövründə, 1847-ci ildə bir fərmanla qadağan edilmişdi. 1926-cı ildə Millətlər Liqası bütün dünyada qul əməyini qadağan etmiş, daha sonra Birləşmiş Millətlər Təşkilatı da bu qadağanı qüvvədə saxlamışdır.
Ərəb ölkələrində quldarlıq ABŞ-dan daha çox əvvəl başlamışdı.7-ci əsrdə başlamış və 1960-cı illərə qədər bu və ya digər formada davam etmişdir. Şəriət qanunları köləliyə icazə versə də, lakin müsəlmanların qul kimi istifadə olunmasını qadağan etmişdi.
Braziliya köləliyin qadağan edildiyi zamana qədər Afrikadan 4,9 milyon qul almışdı. Məhz buna görə, hazırda Braziliya Afrika kökləri olan insanların sayına görə Nigeriyadan sonra birinci yerdədir .
16-18-ci əsrlərdə Şimali Afrikanın dəniz quldurları Avropa kökənli bir milyondan çox ağdərili kölələri Osmanlılara satmışdı.
Samirə Tağıyeva, “İki sahil”