18 fevral 2023 01:14
885

Bilin ki,..

Sizində evinizdə ruhlar var? Amma Nyu-Yorkda ev satarkən, həmin evdə ruhların olub-olmadığını müştəriyə sübut etmək qanuni məcburiyyətdir.

“Columbia Pictures” loqotipində çəkilmiş əlində məşəl tutan xanım sadə amerikalı evdar qadın Cenni Cozef olmuşdur.

Baco qəbiləsindən olan insanlar digər insanlardan fərqli olaraq su altında 13 dəqiqə qala bilirlər. Bütün ömürlərini demək olar ki, su altında keçən bacoların daxili orqanları digər insanların orqanlarından fərqlənir. Məsələn, bacoların dalağı digər insanların dalağından 50% böyük olur.

Ayağın altında bədənin bütün orqanları ilə bağlı sinirlər sonlanmışdır.Bu nöqtələrə möhkəm basaraq və ya masaj etməklə həmin orqanların yaxşı işləməsini və ağrıyan yerimizin sağalmasına kömək etmiş oluruq.

Maykl Cekson 50 il ərzində nə az, nə çox 50 dəfə dəyişdiyinə görə, “Ginnesin Rekordlar Kitabı”na düşmüşdü.
1 ABŞ dolları 30 000 Zimbabve dollarına bərabərdir.Əgər Zimbabvedə 30-35 ABŞ dollarınız varsa onda siz milyonçu sayılırsınız.
İnsan öldükdən 7 dəqiqə sonra beyni də ölür. Bu 7 dəqiqədə həmin adamın xatirələri sürətli formada gözünün qabağından keçir.

Çox maraqlıdır ki, Çində boğulan bir insanı xilas etmək o insanın taleyini dəyişdirmək mənasına gəldiyi üçün qadağandır.

İnsanın boyu ilə səsi arasında birbaşa əlaqə var. Bu faktı Vaşinqton Universitetinin akustika üzrə mütəxəssisləri aşkar ediblər. Mütəxəssislər iddia edirlər ki, səsin köməyi ilə əlavə heç bir avadanlıq istifadə etmədən insanın boyunu müəyyən etmək olar.

“Harry Potter”filmində oynamış ən yaşlı aktrisa Shirley Hendersonun 45 yaşı olmasına baxmayaraq o, 11 yaşlı bir qızı canlandırmışdı.

Əslində “Garfiled” cizgi filmi heç də uşaqlar üçün çəkilməyib, Amerikanın keçmiş prezidenti Ceyms A. Garfildi ələ salmaq məqsədi ilə çəkilib. Çünki o, çox tənbəl olub.

Hindistan meşələrində kalir-kanda adlı bir bitki yetişir. Bu bitki yerli dildə “qarnı aldadan” adlanır. Deyilənlərə görə, onun 1-2 yarpağını yedikdə insan bir həftə ərzində acmır.

Köstəbək bir gecədə 250 addımlıq bir tuneli qaza bilir.

Las Vegasdakı qumarxanaların heç birində saat yoxdur.

Lampanı kəşf edən Tomas Edison qaranlıqdan qorxurdu.

Gənc yaşlarında olarkən yoxsulluqdan əziyyət çəkən məşhur rəssam Pablo Pikasso qızınmaq üçün öz əsərlərini yandırmışdı.

“Bitlz” qrupundan heç bir musiqiçi notları bilmirdi. Con Lennon 1980-ci ildə bir müsahibəsində bunu etiraf etmişdi: “Heç birimiz not oxuya və yaza bilmirik”.

İspaniyanın Kanar adaları arxipelaqına aid La Qomera adasında istifadə olunan silbo dili sadəcə fitdən ibarətdir.

Şotlandiyada küçə ilə qaçan qara pişiyi uğur əlaməti hesab edirlər. Əgər bu qara pişik sizin evinizin damındadırsa, onda evinizə bolluq və bərəkət gətirəcək.

“Facebook” un yaradıcısı Mark Zukerberq daltonikdir. O, yaşıl və qırmızı rəngləri seçə bilmir. Lakin göy rəngi çox yaxşı görür. Ona görə də “Facebook”da göy rəng üstünlük təşkil edir. Onun sözlərinə görə, göy rəng onun üçün ən zəngin rəngdir və o, bu rəngin bütün çalarlarını çox sevir.

Araşdırmalar nəticəsində məlum olub ki, dünyanın ən ucuz 5 şəhəri bunlardır- Dəməşq (Suriya), Daşkənd (Özbəkistan), Almatı (Qazaxstan), Buenos-Ayres (Argentina), Karaçi (Pakistan).

Napoleonun ordusunda əsgərlər generallarına “sən” deyə müraciət edə bilərdilər.

Statistikaya əsasən “rəngsiz” (albinoslara) insanlara Afrikada Avropadan 6 dəfə çox rast gəlinir.

Bir çox insanlar fikirləşirlər ki, narkoz insanın yaddaşına və beyinin fəaliyyətinə mənfi təsir edir. Bəli, qısamüddətli mənfi təsir var. Lakin qısa bir müddət keçdikdən sonra yaddaş və beyinin bütün funksiyası tam olaraq bərpa olunur.

“Duty Free”nin yaradıcısı olan Çak Fini sərvətinin 99 faizini – 6,3 milyard dolları uşaqların təhsilinə xərcləyib.

Samirə Tağıyeva, “İki sahil”