Təbiətin zəhmli gücünün qarşısında aciz olsaq da, mühəndislərimiz ən azı cüzi zərərlə hadisədən çıxmağımız üçün əvvəlcədən cəhd edərək müəyyən işlər görə bilərlər. Dünyadakı bu və digər zəlzələyə davamlı binalar insanların ixtirasının və tikintinin arxasında duran mühəndislərin məharətinin sübutudur.
Beləliklə, daha çox uzatmadan,aşağıda dünyanın hər yerindən ən yaxşı zəlzələyə davamlı binalardan bəziləri ilə sizi tanış etmək istəyirik. Xatırladaq ki, bu siyahı tam deyil və heç bir xüsusi sıralama ilə tərtib edilməyib.
Sabiha Gökçen Beynəlxalq Hava Limanı
Tarixi İstanbul şəhərinə xidmət göstərən əsas hava limanlarından biri, eyni zamanda, dünyanın zəlzələyə ən davamlı binalarından biridir. Sabiha Gökçen hava limanı Türkiyənin İstanbul şəhərində Şimali Anadolu qırılma xəttinin yaxınlığında yerləşən iki beynəlxalq hava limanından biridir.
“Ove Arup” mühəndislik firması tərəfindən maksimum 8 bala qədər zəlzələyə tab gətirə bilən 300 əsas izolyator sisteminə malikdir. Baza izolyatorları seysmik yükləri 80% azalda bilər ki, bu da onu dünyanın ən böyük seysmik izolyasiya edilmiş strukturlarından birinə çevirir.
Hava limanını zəlzələyə bu qədər davamlı edən əsas xüsusiyyətlərindən biri onun "üçlü sürtünmə sarkaç cihazı" adlanan qurğusudur.
“Architects Journal” izah edir ki, "bütün terminal binası yüksək dərəcədə aşağıda yerdən təcrid olunmuş platformada oturur. Bu, komandaya terminalı demək olar ki, seysmik olmayan yerdə yerləşmiş kimi dizayn etməyə imkan verir. Platforma və sarkaç qurğuları o deməkdir ki, şiddətli yer hərəkətləri ona demək olar ki, təsir etməyəcəkdir.
Hava limanının üçlü sürtünmə sarkaçlı rulmanı Zəlzələdən Mühafizə Sistemləri (ZMS) tərəfindən istehsal edilib. Onlar ciddi zəlzələ hadisələri zamanı strukturun izolyasiyasını uzatmaq üçün əsas sarkaç prinsipindən istifadə edirlər.
Quruluşa zəlzələ zərər verdikdə hava limanının zəlzələyə davamlı strukturları kiçik sarkaçlar üzrə hərəkət edir. Zəlzələ nəticəsində yaranan yerdəyişmələr ilk növbədə rulmanlarda baş verir, ona görə də struktura ötürülən yüklər və hərəkətlər xeyli azalır.
“Transamerica Pyramid” həqiqətən hər cür zərbə qəbul edə və ayaqda qala bilər
Transamerica Piramidası Kaliforniyanın San-Fransisko şəhərində yerləşən San Andreas Hayward qırılma xətti yaxınlığında yerləşir, 1970-ci illərin simvolik binasıdır. 1989-cu ildə ərazidə Loma 6,9 bal gücündə Prieta zəlzələsi baş verdi. Bu, strukturun yuxarı mərtəbəsinin demək olar ki, bir fut (30 sm) ard-arda bir dəqiqədən çox yırğalanmasına səbəb oldu, lakin bina heç bir zədə almadı.
Bu zəlzələyə davamlılıq seysmik yüklərlə hərəkət etmək üçün nəzərdə tutulmuş 52 fut dərinlikdə polad və beton təmələ əsaslana bilər. Şaquli və üfüqi seysmik güclər 45-ci səviyyəyə qədər uzanan daxili çərçivələrlə, birinci səviyyədən yuxarı olan unikal bandaj sistemi ilə dəstəklənir. Bu konstruktiv sistemlərin kompleks birləşməsi binanı burulma hərəkətlərini davamlı edir və böyük üfüqi əsas kəsmə qüvvələrinin udulmasına imkan verir.
Bürc Xəlifə də zəlzələlərə müqavimət göstərmək üçün xüsusi olaraq hazırlanmışdır
Bu göydələn, əslində heç bir təqdimata ehtiyac duymur. Bürc Xəlifə sadəcə olaraq, dünyanın ən möhtəşəm super hündür tikililərindən biridir. Bu həm də zəlzələyə çox davamlı binadır.
Struktur mexaniki döşəmələrdən ibarətdir, burada dayaq divarları perimetri sütunları daxili divarla birləşdirir. Bunu etməklə, perimetr sütunları strukturun müqavimətini dəstəkləyə bilir. Sütunların şaquliliyi də qravitasiya yüklərini daşımağa kömək edir.
Nəticədə, Bürc Xəlifə həm yan, həm də burulma istiqamətlərində müstəsna dərəcədə sərtdir. Göydələnin kompleks baza və bünövrə layihələndirmə sistemi geniş seysmik və geotexniki tədqiqatların aparılması nəticəsində yaradılmışdır.
“Taipei 101” dünyanın zəlzələyə davamlı ən yaxşı binalarından biridir
“Taipei 101” dünyanın ən heyranedici və hündür göydələnlərindən biridir. Binanın eksteryer dizaynı (C.Y. Li) "daha çox görmək üçün dırmaşırıq" ifadəsindən ilhamlanıb.
Arxitekturanı bir kənara qoysaq, “Taipei 101” haqqında ən heyrətamiz fakt ondan ibarətdir ki, o, dünyada ən böyük tənzimlənmiş kütləvi damperə (TMD) malikdir. Bu, əsasən, super hündür qüllənin yellənməsini azaltmaq üçün külək və zəlzələ kimi böyük keçici yüklərə qarşı çıxan nəhəng metal topdur.
TMD avtomobilin amortizatoru ilə eyni şəkildə işləyən hidravlik amortizator qolları və bamper sistemləri ilə dəstəklənir. Böyük qüvvələr qülləyə təsir etdikdə, TMD əks istiqamətdə yellənir və topun kütləsindən istifadə edərək keçici qüvvələri söndürərək bütün binanı tarazlaşdırır.
Filippin Arenası
Filippin Arenası dünyanın ən böyük günbəzli arenasıdır və zəlzələyə davamlı heyrətamiz bir quruluşdadır. Bina Filippinin Bulakan şəhərindəki Ciudad De Victoria adlı turizm müəssisəsi zonasının mərkəzidir. Arena Avstraliyanın “Populous” memarlıq firması və elit mühəndislik firması “Buro Happold” tərəfindən layihələndirilib.
Qeyd edək ki, Filippin plitəsi dünyanın ən məşhur və aktiv zəlzələ qırılma xətləri zəncirinin vətəni olan Sakit Okean Halqası adlanan ərazidə yerləşir. Ölkədə əvvəlki zəlzələlərin gücü Rixter şkalası 8,2 bal gücündə olmuşdu və minlərlə insan həyatını itirmişdi. Seysmik fəaliyyətlər bölgədə vulkan püskürmələri və sunamilərə də səbəb olub.
Beləliklə, növbəti dəfə bu tikililərdən birinə baş çəkdiyiniz zaman təkcə memarlıq estetikasını deyil, həm də onların malik olduğu möhtəşəm mühəndislik bacarıqlarını qiymətləndirmək üçün vaxtınızı ayırın!
Nubar Süleymanova, “İki sahil”