Kornel Universitetinin mühəndisləri affektiv toxunma vasitəsilə insan stresini passiv şəkildə azaltmaq üçün cihaz hazırlayıblar. O, ələ yapışdırılır və istifadəçinin stress və narahatlığını azaldır.
Qadcet ön qola taxılır və sintetik xəz parçasını dəri üzərində yavaş-yavaş irəli-geri hərəkət etdirmək üçün yaylar və elektrikli sürüşkəndən istifadə edir. İlkin araşdırmada 24 könüllü bu cihazı bir sıra stresli bilişsel tapşırıqlardan ibarət olan “Trier Sosial Stress Testi”nin uyğunlaşdırılmış versiyasını yerinə yetirərkən taxıblar. Cihaz sınaq zamanı 12 iştirakçıdan ibarət eksperimental qrup tərəfindən aktivləşdirilib, lakin digər 12 subyekt tərəfindən söndürülüb.
Nəticələr göstərib ki, eksperimental qrupda qəbul edilən stress və narahatlıq səviyyəsi təxminən 50% aşağıdır ki, bu da əl ilə fırçalardan istifadə vasitəsilə edilən əvvəlki tədqiqatların nəticələrinə uyğundur. Ancaq hər iki qrupda ürək döyüntüsünün dərəcəsi eyni idi. Bu fizioloji mexanizmin necə işlədiyini tədqiqatçı Iran Zhao belə izah edir: “Tüklü dərini cızmaq sosial toxunmadan məsul olan bir növ mexanoreseptor, C-toxunma funksiyasını aktivləşdirir. Adətən, emosiyaları bir-birimizə çatdırmaq üçün C-toxunma qabiliyyətini inkişaf etdiririk. O, həmçinin beyində mükafat dövrəsini aktivləşdirir və xoş duyğuları stimullaşdırır. Onlar birlikdə insana emosiyalarını tənzimləməyə və sakitləşməyə kömək edir.”
Hələlik cihaz yöndəmsiz görünür, lakin tərtibatçılar artıq gündəlik istifadə üçün daha uyğun dizayn haqqında düşünürlər.
Nubar Süleymanova, “İki sahil”