Bu yazıda hətta alimlər üçün belə qaranlıq qalan hadisələr haqqında bəhs edəcəyik.
Tərkibində kokain olan mumiyaların sirri
Kokain müasir dünyada kifayət qədər yayılmış bir narkotikdir. Lakin alman alimləri tərəfindən 1992-ci ildə aşkar olunan Misir mumiyalarının qalıqlarının tərkibində koka və tütün izləri tapılmışdı.
Çox maraqlıdır ki, bu bitki o zaman Misirdə mövcud deyildi. Çünki o, yalnız Amerikada becərilirdi. Alimləri çaş-baş qoyan məqamlardan biri də odur ki, o zamanlar bu iki xalq arasında ticarətlə bağlı heç bir sənədləşdirilmiş sübut yox idi.
Pilot Frederik Valentiçin yoxa çıxması
Avstraliyalı pilot Frederik Valentiç 1978-ci ilin oktyabr ayında birmatorlu "Cessna 182L" təyyarəsi ilə dəniz sahiliboyu məşq uçuşlarını həyata keçirirdi. Gözlənilmədən o, havada özünə yaxınlaşan naməlum obyekt görür və dərhal bu barədə Melburndakı Hava məkanına nəzarət mərkəzinə xəbər verir. Pilotun sözlərinə görə, naməlum obyekt təyyarənin başı üzərində dayanıb . 17 saniyə sonra Melburndakı Hava məkanına nəzarət məntəqəsində cırıldayan metal səsləri eşidildi və bundan sonra "Cessna182 L" radarların gözündən itdi. Sonralar məlum oldu ki, Frederik Valentiç yoxa çıxan vaxt Avstraliyanın müxtəlif yerlərində on minlərlə insan səmada parlaq işıq saçan naməlum obyekt müşahidə ediblər. Bu günə kimi də Frederik Valentiçin taleyindən xəbər yoxdur. Yenə də belə ehtimal edilir ki, Valentiç kosmosdan gələnlər tərəfindən oğurlanıb.
Əsnəmənin elmi izahı hələ də yoxdur
Biz niyə və nə üçün əsnəyirik? Əsnəmə – nəfəs hərəkətidir, adətən qeyri-iradi olub dərindən nəfəsalma və enerjili nəfəsvermədən ibarətdir. Əsnəmə təkcə insana xas deyil. Deyirlər ki, hətta qurbağalar belə əsnəyir. Demək olar ki, əsnəmə bütün heyvanlarda mövcud olan qədim instinktin təzahürüdür. İnsanların çoxu əsnəyən digər adama baxarkən özləri də əsnəyirlər. Əsnəmə – çox keçici vərdişdir. 42-50% hallarda insanlar kollektiv şəkildə əsnəyirlər. Alimlər bir neçə fərziyə irəli sürsə də, amma hələ də bunun cavabını tapa bilməyiblər.
“Plasebo” effekti
Bir әfsanәyә çevrilәn “Plasebo” zehinlә bәdәn arasındakı әsrarәngiz әlaqәnin әn sadә sübutudur. Belә ki saxta, yәni әslindә dәrman olmayan bir mәhlul atdığından xәbәrsiz olanlar, dәrdlәrinә dәrman olacaq bir preparatı atdığını fikirlәşәrәk özlәrini daha yaxşı hiss edirlәr. Üstәlik әlaqә bununla bitmir. Tibbi araşdırmalarda da göstәrilir ki, insan istәr- istәmәz nәyә inanarsa bәdәnidә onu yaşamağa hökm verir. Bәzi alimlәr zehnin kömәyi ilә bәdәnin özü- özünü sağaldabilmә qabiliyyәtinin müasir tibbin yarada bilәcәyi bir möcüzәdәn qat-qat üstün olduğuna inanırlar.
Kliniki ölüm
Kliniki ölüm vəziyyəti yaşamış insanlar həmin anda onların öz bədənlərini necə tərk etdiklərini və sonunda işıq görünən qaranlıq tunellə uçduqlarını danışırlar. Kimsə bu zaman qəribə, qeyri-adi səslər eşidir, başqası həyatda yaşadığı hadisələrə sanki videoda baxır. Digərləri isə çoxdan dünyadan köçmüş doğmalarını gördüklərini söyləyirlər. Xüsusilə bəzi insanlar inanırlar ki, mistik uçuşdan sonra özlərində ekstrasensor imkanlar kəşf ediblər.
Lakin alimlərin belə məlumatlara şübhə ilə yanaşdığlarına görə kliniki ölümün hələ də elmi təsdiqi yoxdur.
Pişik mırıltısı
Çox maraqlıdır ki, alimlər hələ də pişiyin nə səbəbdən mırıldadığını bilmirlər. Lakin alimlərini irəli sürdüyü fərziyyəyə görə, pişiklər qırtlaqdakı səs tellərindən istifadə edərək, bizim mırıltı kimi şərh etdiyimiz titrəmə səsləri çıxarır. Maraqlıdır ki, mırıldayan zaman pişiklərin ürəyinin döyüntüsünü eşitmək mümkündür.
Voyniç əlyazması
240 səhifəlik bu kitab, tarixdə rast gəlinməmiş bir dildə yazılmışdır. 1912-ci ildə Polyak antikvar Vilfrid Voyniç bu əlyazmanı bukinistdən almışdır. Ölümündən sonra əlyazmanın Voyniçə məxsus olduğu iddia edildiyindən əlyazmaya onun adı verilir. Lakin radiokarbon araşdırmadan sonra əlyazmanın 15-ci əsrə aid olduğu məlum olur.
Kitabda astroloji şəkillər, heç bir məna verməyən hadisələr və Yer üzərində görülməmiş 100-ə yaxın bitki növlərinin şəkilləri təsvir olunmuşdu. Araşdırmalara görə kitab 1404-1438-ci illər arasında yazılmışdır. İndiyədək dünyanın ən yaxşı dilçiləri, riyaziyyatçıları, alimləri bu kitabın sirrini açmağa çalışsalar da, kim və nə üçün yazıldığını aşkar edə bilməyiblər.
Kosta-Rikanın daş topları
1930-cu illərdə Kosta-Rikanın keçilməz cəngəlliklərində insanlar təsadüfən heyrətamiz bir tapıntı ilə qarşılaşırlar: Onların qarşısında əksəriyyəti demək olar ki, mükəmməl yuvarlaq formaya malik olan onlarla daş top var idi. Toplar ölçülərinə görə fərqlənirdi. Onlar arasında tennis topu böyüklüyündə olanlar da var idi, 16 ton çəkiyə malik nəhənglər də. Bu topların insan əllərinin məhsulu olması, onların kimin və hansı məqsədlə yaratdığıda hələ də məlum deyil.
Çində ağ piramida
İlk ağ piramida II Dünya müharibəsi zamanı amerikalı pilot Ceyms Qausman tərəfindən aşkarlanıb. Bu piramidanın hündürlüyü 300 metrdir ki, bu da Xeops ehramından 2 dəfə böyükdür. Qədim çinlilərin ağır daş plitələri hansı texnologiya ilə belə dəqiqliklə işləməsi məlum deyil. Ümumiyyətlə, bu tikintinin çinlilər tərəfindən yaradılması məsələsi də sual doğurur.
Samirə Tağıyeva, “İki sahil”