Deyirlər dəblə ayaqlaşmaq çətin deyil, amma özünəməxsus tərzin olması çox qəliz və incə məsələdir. Dəb dünyası haqqında topladığımız maraqlı məlumatları təqdim edirik.
Hər il dünyada 40 moda həftəsi, 100-ə yaxın tədbir keçirilir. Dəb həvəskarlarının ziyarət etməyə çalışdıqları əsas şəhərlər isə Milan, Nyu-York, Almaniya, İngiltərə və Fransanın paytaxtlarıdır.
Nyu-York tarixdə ilk dəfə Moda Həftəsinə ev sahibliyi edən ilk şəhər oldu.
Dəb tarixində 1920-1960-cı illərdə hazırlanan geyimlər vintaj sayıla bilər. Ondan daha əvvəlki geyimlər retro üslub hesab edilir.
Kristian Dior kolleksiyalarının nümayişi gününü ekstrasenslərin məsləhəti ilə seçir.
Almaniya 1586-cı ildə dünyanın ilk moda jurnalının nəşr olunduğu ölkə oldu.
Əvvəlcə bütün paltarlar kuklaların üzərində nümayiş olunurdu. İlk modellər yalnız 1853-cü ildə ortaya çıxdı.
Moda ilə heç əlaqəsi olmayan bir çox məşhur insanlar onun inkişafına öz töhfələrini veriblər. Məsələn, Napoleon əsgərlərin burunlarını qolları ilə silməməsi üçün düymələr icad etdi. İndi onları hər cür geyimdə görmək olar.
Qəribə səslənsə də, lakin 200 il əvvəl "uşaq geyimləri" anlayışı yox imiş. O zamanlar uşaqlar ən kiçik ölçülərdə yetkin paltarları geyinirdilər. Yetkin insanlar üçün tikilən geyimlər təbii ki, uşaqlar üçün rahat deyildi. Məhz buna görə, bir neçə ildən sonra xüsusi olaraq uşaqlar üçün geyimlər hazırlamağa başladılar.
Birinci Dünya Müharibəsindən sonra məşhur Dassler qardaşları şəxsi bizneslərini qurmağa qərar verdilər və idman üslubunda ayaqqabı istehsal etməyə başladılar. Bir müddət sonra Adolf və Rudolf qardaşlarının münasibəti korlandı. Onların yollarının ayırılması ilə “Adidas” və “Puma” brendi yarandı.
Modaya xüsusi istiqamət verən Gabrielle Şanel qara rəngin bədbinlik anlayışını eleqantlıqla əvəz etdi. Ona qədər qara rəng daha çox matəmlərdə geyilirdisə, Şanelin öz kolleksiyalarındakı qara rəngin fərqli təqdimatı öz təsirini göstərdi. Hazırda hər bir qadının qarderobunda qara paltarlar mövcuddur.
Müxtəlif dövrlərdə qadınlar dəblə ayaqlaşmaq üçün dəhşətli ağrılara belə dözüblər . Məsələn, tarixdə Viktorian dövrü kimi tanınan zamanlarda qum saatı formasında bel dəbdə idi. Məhz buna görə, qadınlar bu effektə nail olmaq üçün bellərini kip sıxan korsetlər taxırdılar. Bəziləri korsetin iplərini o qədər sıxırdı ki, bu, qabırğalarının sınması ilə nəticələnirdi.
“Versace” markasının simvolu qədim yunan mifologiyası ilə bağlıdır. Orda – mənfi mifoloji personaj, Meduzanın başı təsvir olunub. Simvol 1978-ci ildə Gianni Versace tərəfindən düşünülüb. Onu həmişə klassik mövzu, tarix və qədim mədəniyyətlər cəlb edirdi.
Məşhur “ ZARA” brendi özünəməxsus dəsti-xətti ilə tanınır. Onlar satdığı geyimlərin qiymətlərini mümkün qədər münasib etmək məqsədilə metrəsinin qiyməti 5 dollardan yüksək olan parçalardan imtina edir.
Heç bilirdinizmi ki, geyimin ən qədim növü ətəkdir? Qədim zamanlarda onu nəinki qadınlar, həmçinin kişilər də geyinirdilər. Sonradan etik təfəkkürün dəyişməsi səbəbindən ətək tədricən yalnız qadınların qarderobuna aid olmağa başladı.
Bir çox qadınların ən sevdiyi aksessuara çevrilən taxma kirpikləri ilk dəfə prodüser Qriffit aktrisa Sini Ouenın çəkildiyi "1916-cı ilin dözümsüzlüyü" filmi üçün hazırlayıb. Aktrisanın baxışını daha cəlbedici göstərmək bu kipriklər natural saçdan hazırlanmışdı.
2-ci əsrə qədər Romada insanlar “toqa” adlı geyimlər geyinirdilər. Bu dövrdən sonra bu tip paltarları yalnız pozğun qadınlar geyinməyə başladı, digərləri isə “stola” adlı geyimlərə üstünlük verirdirlər.
Birinci Dünya müharibəsindən əvvəl qadınlara “şortik” geyinməyə icazə verilmirdi.
1920-ci illərdə Asiyadan ilhamlanan Liberty's of London, çiçəkli parçalardan geyimlər hazırlamağa başladı. Çiçəklərlə bəzənmiş geyimlər indiyədək yaz və yay aylarında dəbdən düşmür. Bu tərz geyimlər dəb dünyasının ənənəvi üslublarından biridir.
I Yelizaveta şlyapaları çox sevirdi. Elə bu səbəbdən də o, bazar günləri və bayramlarda 7 yaşından başlayaraq, bütün qadınları şlyapa taxmağa məcbur edən qanun çıxarmışdı. Bu qanuna əməl etməyənləri ciddi şəkildə cəzalandırırdılar.
Kətan, pambıq, polyester, viskoza bu gün dizaynerlərin istifadə etdiyi materiallara çevrilib. Onların arasında birinci yeri pambıq tutur. Çünki 70% geyimlər ondan tikilir.
Bu ilin önə çıxan paltarlarından biri də neon geyimlərdir. 80-ci illərdə ortaya çıxan bu parçalar yenidən əsas tendensiyalar arasındadır. Bu geyimdə xanımlar olduqları məkanda diqqət mərkəzinə çevrilirlər. Gülməli və zövqsüz görünməmək üçün neon paltarları olduqca sadə şəkildə kombinləmək lazımdır.
Onu da qeyd edək ki, xanımlar neon paltarlar seçərkən diqqətli olmalıdırlar. Belə ki, sarışınların bu geyimlərdən çox istifadə etməsi məsləhət deyil. Çünki parlaq rənglər onların təbii gözəlliklərini geridə qoyacaq.
Qadınlar tərəfindən sevilən “Louis Vuitton”markası satılmayan çantalarını yandırır.
Qədim zamanlardan bəri cins şalvar "pambıq şalvar" mənasını verirdi. Onları yalnız Genuya dənizçiləri geyirdilər.
Quççi markası tərəfindən hazırlanan cins şalvar dünyanın ən bahalı şalvarı kimi tarixə düşdü. “Ginnesin Rekordlar Kitabı”da düşən həmin şalvarın qiyməti 3134 dollar idi.
“Dr. Martens” brendinin ilk məhsulları məhz əsgərlər üçün istehsal edilirdi.
Məşhur musiqiçi və prodüser Farel Uilyams “Louis Vuitton”un kişi geyimlərinin yeni yaradıcı direktoru elan edilib.
Bu qərar 2023-cü il fevralın 1-də vəzifəyə gələn brendin yeni baş direktoru Pietro Bekkarini tərəfindən alınıb. Qeyd edək ki, Uilyamsın bu ilin iyununda Parisdə Kişi Moda Həftəsində ilk kolleksiyası təqdim olunacaq.
Samirə Tağıyeva, “İki sahil”