27 fevral 2023 14:31
473

"Twitter" işçilərinin sayını 10 faiz azaldıb

"Twitter" işçilərinin sayını 10 faiz azaldıb.

“İki sahil” xəbər verir ki, "Twitter" rəhbərliyi fevralın 25-i axşam azı 200 əməkdaşını işdən çıxarıb.

Əvvəlki ixtisarlardan sonra şirkətdə 2000-ə yaxın işçi qalıb.

2022-ci ilin noyabrında İlon Mask Twitter-i satın alanda şirkətin 7,5 min işçisi var idi. İ.Mask CEO Parag Agrawal və CFO Ned Seqalı işdən çıxarıb və direktorlar şurasını ləğv edib.