27 fevral 2023 14:55
736

Turp yeyin, xərçəngdən qoruyur

Diyetoloq və endokrinoloq Lazurenka müsahibəsində bildirib ki, ucuz turp məhsulu hədindən artıq qoruyucu maddələri özündə cəmləşdirir.

Xüsusən C vitamini ilə zəngin olduğundan qan dövranını yaxşılaşdırır. C vitamini adətən insanın tez yaşlanmasının qarşısını alır.

“İki sahil” xəbər verir ki, əgər əsas məsələ sərbəst radikalların aradan qaldırılmasından gedirsə, o zaman C vitamini qocalmağa yönəlmiş yaşlanma əleyhinə terapiyanın ən vacinb məhsullarından sayılır.

O sərbəst radikalları zərərsizləşdirdiyindən avtomatik olaraq xərçəngin də qarşısını almış olur.

Həkim qeyd edib ki, turpun tərkibində B vitamini, kükürd və digər mikroelementlər qocalmanın qarşısını alır.

Turpu sürtgəcdən keçirib, salatlara qatıb yeyə bilərsiz.