28 fevral 2023 23:15
619

Yaşıl çay, üzüm, qaragilə...

Yaddaş insanların  yaxın və ya uzaq keçmişdən məlumatları xatırlamaq qabiliyyətidir. Yediklərimiz yaddaşımızın nə dərəcədə yaxşı işlədiyinə təsir edə bilərmi? Üç növ yaddaşımız var: uzunmüddətli, qısamüddətli, və işləyən yaddaş. Qısamüddətli yaddaş məlumatı yanlız qısa müddət saxlaya bilir. İşləyən yaddaşımızdan söhbət etmək kimi hərəkət zamanı düşünmək üçün istifadə edirik. Bu bizə qarşımızdakı şəxsin nə danışdığını və onun  danışdıqlarının mənasını anlayıb əlaqələndirməyə və öz şəxsi fikirlərimizi paylaşmağa kömək edir.

Uzunmüddətli yaddaş isə keçmişdə öyrəndiklərimizi aylarla yaxud illərlə xatırlamağımıza kömək edir. Buradakı xatirələr konsolidasiya adlanan prosesdə qısamüddətli yaddaşımızdan köçürülüb. Təbii ki qidalanmanın yaddaşın daha yaxşı inkişaf etməsində və güclənməsində rolu böyükdür.

Belə olduğu təqdirdə biz necə qidalanmalıyıq?

Tədqiqatlar nəticəsində aydın olub ki, bənövşəyi üzüm suyu ilə təzə qaragilə qan damarlarının elastikliyini və beyinin qan axınını yaxşılaşdırır. Bu da öz növbəsində idrak performansınızı yaxşılaşdıran daha çox enerji, qida və oksigenlə təmin edir. Yaşıl çayın uzun müddətli istifadəsi qısamüddətli yaddaşın yaxşılaşması, yaddaşı, diqqət və idrak qabiliyyətinin azalması riskinin aradan qaldırılması ilə əlaqələndirilir.

Xüsusilə kakao beyindəki qan damarlarının axınını yaxşılaşdırır və şokoladsevənlər üçün qaçınılmaz təklifdir. Əgər şokolad, yaşıl çay ,üzüm və qaragilə hafizəni gücləndirirsə bəs ona əks təsir göstərən qidalar hansılardır? Onilliklər ərzində heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, təmizlənmə prosesindən keçməmiş qidalarla yüksək olan pəhriz öyrənmə və yaddaşa zərərli təsir göstərir.

Nazənin