Həkim Tatyana Şapovalenko "Rusiya 1" kanalında "Ən vacibi haqqında" verilişində anemiya kimi ümumi bir problemdən danışıb. O, anemiyanın əsas səbəblərini sadalayıb.
Anemiya qanda hemoqlobin və qırmızı qan hüceyrələrinin səviyyəsinin azalması ilə xarakterizə olunan bir vəziyyətdir. Anemiyanın müxtəlif növləri var və onların arasında ən çox yayılmışı dəmir çatışmazlığıdır.
Anemiyanın simptomları başgicəllənmə, ürək döyüntüsü, solğun və quru dəri, nəfəs darlığı, sinə ağrısı, soyuq əllər və ayaqlar, yorğunluqdur.
"Anemiya heç vaxt səbəbsiz inkişaf etmir",-deyə həkim bildirib.
Anemiyanın səbəblərindən biri də həddindən artıq qanaxmadır.
"Dəmir ehtiyatı “depolanmazsa”, 35 yaşına qədər qadınların 100% -ində anemiya inkişaf edir",-deyə ekspert vurğulayıb.
Həmçinin dəmir çatışmazlığı və mədə-bağırsaq traktının işində problem anemiyaya səbəb ola bilər. Dəmir çatışmazlığı əzələ ağrısı, yorğunluq, kövrək saçların artması ilə özünü göstərir.
Qadınlar üçün dəmirin qəbulu gündə 15-21 mq təşkil edir. Belə ki, dəmir narda, cücərmiş taxılda, yumurtada, ət məhsullarında, qarabaşaq sıyığında olur.
Nubar Süleymanova, “İki sahil”