04 aprel 2023 01:34
633

Yaponiya alimləri yeni bitki növü aşkar ediblər

Zərif və şüşə kimi çiçəkləri ilə  yeni bir səhləb növü Yaponiya alimləri tərəfindən kəşf edilib. Yaponiyanın park və bağlarında olmasına baxmayaraq, Kobe universitetinin tədqiqatçılarına "Spiranthes hachijoensis" adlandırılan bitkinin əvvəllər məlum olmayan bir növ olduğunu təsdiqləmək üçün 10 il lazım idi.

Frans-Press (AFP) agentliyinə müsahibəsində aparıcı tədqiqatçı Kenji Suetsugu deyib ki, Spirantların yeni növünü kəşf etmək sürpriz oldu, onu parklarda, bağlarda və dibçək bitkiləri arasında görə bilərsiniz. Fitologiya professoru bildirib ki, nümunələrin bəziləri Yaponiyanın mərkəzi Gifu bölgəsindəki orta məktəbdə saxlanılan nümunələr də daxil olmaqla, "dibçək bitkiləri və bağlarda" olub. "Maraqlı görünüşünə və şüşə işlərinə bənzəyən zərif çiçəklərinə görə, insanlar tərəfindən sevilir".Spiral çiçəkləri ilə bu bitki hətta Yaponiyanın ən qədim şeir antologiyasında, səkkizinci əsrdə "Manyoshu" da xatırlanır. Bəzən "xanım saçları" kimi tanınan yeni Spiranthes növünün kəşfi Bitki Araşdırmaları Jurnalında da açıqlandı. Tokionun Hachijojima adasında çoxlu nümunələr tapıldığı üçün ona "hachijoensis" adı verildi.

Nigar Babayeva,
Azərbaycan Universiteti