Hindistan cevizi yağının COVID-19-a olan təsiri ilə bağlı araşdırma aparan elm adamları yağın koronavirusun səbəb olduğu ağciyər xəstəliyinin müalicəsi üçün təsirli göründüyünü söyləyirlər.
Hökumətin elm departamentinin nümayəndəsi Fortunato dela Pena bazar ertəsi yerli radioya müsahibəsində deyib ki, altı aylıq təcrübələrdən sonra Filippindəki elm adamları saf kokos yağı ilə zəngin bir pəhrizin yüngül və ya orta ağır koronavirusun sayını 60% -dən 90% -ə qədər azaltdığını kəşf ediblər.
Tədqiqat Filippin Sağlamlıq Araşdırmaları və İnkişafı Şurası (DOST-PCHRD) tərəfindən maliyyələşdirilir və Ateneo De Manila Universiteti tərəfindən nəzarətdədir.
“Nəticələr çox ümidvericidir, çünki bu, təkcə VCO-nun öz-özünə virusu məhv edə biləcəyini göstərmir, həm də COVID-19-a qarşı immunitet reaksiyasını tənzimləyən əsas mexanizmə malikdir", -deyə “PCHRD” rəhbəri, doktor Jaime Montoya bildirib.
Son illərdə kokos yağının yüksək doymuş yağ faizinə baxmayaraq, daha geniş sağlamlıq faydalarına diqqət artırılıb və ketogenik və paleo pəhrizlər kimi sağlamlıq tendensiyalarının bir hissəsi kimi tez-tez tövsiyə olunur. Diz və dirsəklərdən tutmuş quru və kövrək saçlara qədər kokos yağı şəxsi qulluq kimi də geniş istifadə olunur.
Xatırladaq ki, Filippin kokos yağı ixrac edən ölkədir və bu yağ orada geniş istehlak olunur.
Nubar Süleymanova, “İki sahil”