Tailandın dövlət himni rus bəstəkarı tərəfindən yazılmışdır.
Xruşşov ABŞ-ın məşhur “Pepsi” şirkətinin reklam siması sayılırdı.
Hörüklər Çində feodalizmin əlaməti sayılırdı.
Tudor dövründə ingilis qadınlarının bakirəliyi əllərindəki bilərziklər və möhkəm bərkidilmiş korsetlə simvollaşdırılırdı.
Qədim Romada imperator Neron öz qulu ilə evlənmişdi.
Qədim dövrlərdə Hindistanda qulaqların kəsilməsi məşhur cəza növü kimi tez-tez istifadə olunurdu.
Heç bilirdinizmi ki, ərəb rəqəmlərini ərəblər deyil, Hindistan riyaziyyatçıları icad ediblər?
Orta əsrlərdə 600 mindən çox insan cadugərlik ilə ittiham olunaraq edam olunublar. Halbuki onların cadugər olduqları heç kim sübüt etməmişdi.
Ən uzun müharibə 335 il davam edib və bu müharibədə nəticəsində heç bir tərəf itki verməyib.
Morfin əvvəllər öskürəyi azaltmaq üçün istifadə edilirdi.
Sən demə, Qədim Misir fironu Tutanxamonun valideynləri bacı və qardaş olublar.
XVIII əsrə qədər Rusiyanın bayrağı olmayıb.
II Yekaterina eynicinsli təmaslara görə hərbçilər üçün şallaqlanmağı ləğv etdi.
İmperator Avqustun əmri ilə qədim Romada hündürlüyü 21 metrdən yuxarı olan evlər tikmirdilər. Bu, diri-diri basdırılma riskini minimuma endirdi.
Makedoniyalı İsgəndər Hindistan yürüşlərinin birindən Yunanıstana qamış şəkəri gətirdikdən sonra onu dərhal “Hind duzu” adlandırmağa başladılar.
17-ci əsrdə termometrlər civə ilə deyil, konyakla doldurulurdu.
Qış sarayına basqın ediləndə cəmi 6 nəfər həlak olmuşdu.
1666-cı ildə Londonda baş verən böyük yanğında 13500-ə yaxın ev dağıldı.
1979-cu ildə tarixdə ilk dəfə dünyanın ən böyük və isti səhrası olan Böyük Səhraya qar yağmışdı. Eyni hadisə 2012-ci ildə ikiNci, 2018-ci ildə isə üçüncü dəfə təkrar olmuşdu.
Əvvəllər Britaniya sakinləri ölmüş insanların kəllələrini fincan kimi istifadə edirdilər.
Dünya tarixinin son 3400 ilində yalnız 268 il müharibəsiz ötüşüb.
Çox maraqlıdır ki, doğulduqdan 1 həftə sonra övladlıq verilən Stiv Cobsun öləndə 10 milyard sərvəti var idi.
“Yüzillik müharibə” əslində 116 il davam etmişdi.
I Pyotr öz dövründə əyyaşlar ilə mübarizə aparmaq üçün maraqlı bir cəza növü təklif etmişdi. O, zamanlar dövlət əyyaşlara 7 kq çəkisi olan qızıl medal verərək onları təltif edirdilər. Ən maraqlısı o idi ki, təltif olunmuş bu əyyaşlar həmin medalı çıxara bilməzdilər.
2000 il əvvələ qədər hər gün məzarına saysız -hesabsız ziyarətçinin gəldiyi Makedoniyalı İsgəndərin məzarı əvvəlcə Misirin Memfis şəhərində olub. Lakin nədənsə sonradan İsgəndəriyyəyə köçürülüb. Məbəd kimi xidmət edən bu türbə İsgəndəriyyənin məruz qaldığı sunami nəticəsində itib və çox təəssüf ki, hələ də tapılmayıb.
Samirə Tağıyeva, “İki sahil”