07 aprel 2023 02:35
582

Oxumasan olmaz... - FOTOLAR

Çində kiminsə evinə qonaq gedərkən qətiyyən gül aparmaq olmaz,çünki onlar bu halda hesab edəcəklər ki, onların evi sizin o dərəcədə xoşunuza gəlməyib ki, siz bu evə “gözəllik” əlavə etmək istəyirsiniz. Həmçinin qonaqlıqda özünü çox səliqəli aparan insanlar ev sahibləri tərəfindən heç sevilmirlər. Onların düşüncələrinə görə,yeməkdən sonra süfrədə ləkələr qalsa, demək xörəklər çox dadlı idi və siz onları iştahla yemisiniz. Hollandiyada insanlar qonaqpərvər olsalar da, onların özlərinəməxsus qəribəlikləri çoxdur. Onlardan biri də odur ki, burada yaşayan insanlar pərdələrdən istifadə etmirlər. Onların düşüncələrinə görə, yalnız nəyisə gizlədən insan pərdələrdən istifadə etməlidir.

Koreyalılar daha çox fermentləşmiş (qıcqırmış) ərzaqlarla qidalanırlar. Deyilənlərə görə bu, xolesterini aşağı salır, immuniteti yaxşılaşdırır və xərçəngin qarşısını alır.

Fransada satılan süd ultra yüksək temperaturda (UHT) pasterizə olunur, buna görə də onu soyuducuda saxlamaq lazım deyil.

Lüksemburqda 2020-ci ildən bəri ictimai nəqliyyat bütün sakinlər və qonaqlar üçün pulsuz oldu.

Yapon dilində "yaşıl" sözü mövcud olmadığından "mavi" sözü həm yaşıl,həm də mavi mənasını ifadə etmək üçün istifadə olunurdu. Buna görə Yaponiyada hələ də bu qanun qalmaqdadır. Məsələn,burada yaşıl işıqforun yerinə mavinin yaşıla bənzəyən çalarlarından biri istifadə olunur.

İtalyanlar südü adətən səhər yeməyi ilə əlaqələndirirlər. Onlar üçün bütün dünyada tanınan "Kapuçino"da ənənəvi olaraq səhər içkisi kimi tanınmaqdadır.

Yaponiyanın fərqli ünvanlama sistemi sayəsində yalnız məhəllələrin adı var.

Sinqapurda bambuk çox məşhur bitki olduğuna görə bir çox yerlərdə istifadə olunur. Bu ölkədə bambuk dirəklərində asılan paltarları görsəz heç də təəccüblənməyin.

Kosta Rikada bəzi küçələrin adları olsa da, lakin onlar nədənsə xəritədə işarə olunmurlar. Bu səbəbdən burada küçələr özünəməxsus məşhur məkanlarına görə tanınmaqdadırlar.

İsveçlilərin yemək rasionunda pendir xüsusi bir yer tutur. Bunun üçün onlar pendiri kəsmək üçün özləri tərəfdən icad olunan pendir kəsən bıçaqdan istifadə edirlər.

Hollandiyaya səfər edən insanların sözlərinə görə, burada pilləkənlər çox dik və dar olur.Bir çox əcnəbilər bu tip pilləkənləri sağlamlıq üçün çox təhlükəli hesab edirlər. Qeyd edək ki, Hollandiyada hər santimetrə qənaət etmək üşün bu tip binalar tikilmişdir.

Sinqapurlular yemək sifariş etdikdən sonra ayaqüstə qalmamaq üçün əvvəlcədən özlərinə yer tuturlar. Onlar boş masalara yaxınlaşaraq, çətirlərdən tutmuş salfet paketlərinə qədər hər şeyi masanın üstünə qoyurlar. Beləliklə, həmin insanlar özlərinə yer ayırmış olurlar.

2019-cu ildən bəri Rusiya, Belarus və Qazaxıstanda qəbul olunmuş yeni ticarət qaydalarına görə, sintetik materialdan olan gecə geyimləri qadağan edilib. Qazaxıstanda bir qadın güpürlü alt paltarlarını geyinmək hüququnun pozulmasına etiraz aksiyası keçirərkən həbs edilmişdi. Sözügedən üç ölkədə qüvvədə olan bu qayda tərkibində 6 faizdən az pambıq lifi olan alt paltarlarının idxalına, istehsalına və satışına qadağa qoyur. Qadınlar əlbəttə, belə paltarları xarici səfərlərə gedərkən ala bilərlər.

Cənubi koreyalılar hesab edirlər ki, qırmızı rəngli yazmalar uğursuzluğun bir işarəsidir. Onların düşüncələrinə görə, əgər bir insanın adı qırmızı mürəkkəblə yazılırsa, deməli həmin şəxs ölüb və yaxud yaxın gələcəkdə ölməlidir.

Cənubi Koreya kimi ölkələrdə insanlar soyuqdəymə zamanı belə ətrafdakıların təhlükəsizliyi üçün maska taxırlar.

Kolumbiyada yaşayan insanların əksəriyyəti kakao içkisinə ədviyyatlı pendir parçaları əlavə edərək içirlər. Bu, onların ənənəvi içkisi sayılır. Deyilənlərə görə,kakao ilə ədviyyatlı pendirin qarışığı olduqca dadlıdır, amma şübhəsiz ki, hər kəsin zövqünə uyğun olmaya bilər.

Hindistanın qərbindəki Bikaner şəhərində böyük bir toy mərasimi keçirilir. Belə mərasimlər adətən dörd ildən bir baş tutur. Bu şənlikdə, eyni zamanda ailə quracaq 2 min gələcək bəy-gəlin iştirak edir. Buna səbəb odur ki, qüvvədə olan daimi adətə görə evlənmək istəyən oğlan və qızlar kəbinlərini ancaq dörd ildən bir, özü də müəyyən olunmuş gündə kəsdirə bilərlər.

Yaponiyanın uğur gətirən talismanı Maneki Neko bir çox adla tanınır. Məsələn, “uğur gətirən pişik”, “əl edən pişik”, “çağıran pişik”, “işarə verən pişik”. Balaca keramikdən düzələn pişiklərin üzərində “xoşbəxtlik gəl artıq” sözləri yazılıb. Maneki Nekonun təmsil etdiyi mənalar fərqlidir. Belə ki, pişiyin qalxan sol əli evin qorunmasını təmin edir, həmçinin sahibinə bütün işlərində uğur gətirir. Qədim əfsanəyə görə, orijinal pişik ilk dəfə Tokionun Setaqaya ərazisində yerləşən Gotokuci məbədində tapılmışdı. Hazırda keramik və plastikdən müxtəlif ölçülərdə hazırlanan bu balaca fiqurlar Yaponiyada yaşayan hər bir sakinin evində var.

Samirə Tağıyeva, “İki sahil”