10 aprel 2023 15:21
509

"İnstagram” hesabının təhlükəsizliyi üçün bu məqamlara diqqət yetirin

“Instagram” hesabının təhlükəsizliyini təmin etmək üçün bir sıra məqamlara diqqət yetirmək lazımdır.

“İki sahil” xəbər verir ki, qeyd olunan qaydaları izləyərək təhlükəsizliyi artırmaq mümkündür.

1) Hesaba mürəkkəb şifrə təyin etmək;

2) İkifaktorlu təsdiqləmə funksiyasını aktivləşdirmək;

3) Etibarlılığına əmin olmadığınız üçüncü tərəf proqramlar vasitəsilə giriş məlumatlarını daxil etməmək;

4) Tətbiqi daim yeniləmək;

5) Təhlükəsizlik>Giriş hərəkətləri bölməsindən hesaba daxil olan cihazları nəzərdən keçirmək;

6) E-poçt hesab ilə əlaqədar göndərilən mesajların “@mail.instagram.com” domen adından gəldiyinə əmin olmaq.