01 iyun 2023 00:16
267

Ərdoğandan Orbana dəvət

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla telefon danışığında avropalı siyasətçini andiçməsinə dəvət edib.

“İki sahil” xəbər verir ki,  bu barədə Orbanın mətbuat katibi Bertalan Xavaşi MTI agentliyinə bildirib.

“Viktor Orban dövlət başçısını seçkilərdə qələbəsi münasibətilə təbrik edib. O qeyd edib ki, türk elektoratının qərarı və Türkiyənin sabitliyi bütün Avropa üçün yaxşı xəbərdir, çünki qitə təhlükəsizlik sahəsində bir çox çağırışlarla üz-üzədir və bu baxımdan güclü və etibarlı Türkiyəyə ehtiyac var”, - mətbuat katibi vurğulayıb.

Onun sözlərinə görə, Ərdoğan təbrikə görə həmsöhbətinə təşəkkür edib, Macarıstan-Türkiyə münasibətlərinin daha da inkişafına hazır olduğunu bildirib və Orbanı yubileyi münasibətilə təbrik edib. Belə ki, çərşənbə günü onun 60 yaşı tamam olub. Bundan əlavə, Ərdoğan Orbana Türkiyədə keçiriləcək andiçmə mərasiminə dəvət edib və Macarıstanın hökumət başçısı bunu məmnunluqla qəbul edib.