22 oktyabr 2024 10:22
79

Stavros Lambrinidis: Rusiya qlobal ərzaq təhlükəsizliyini qəsdən pozur

Rusiya və onun rəhbərliyi Ukraynaya qarşı törətdikləri beynəlxalq və hərbi cinayətlərə, habelə beynəlxalq hüquqa və qlobal təhlükəsizliyə qarşı tam məsuliyyət daşımalıdır.

“İki sahil” xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasında çıxış edən Avropa İttifaqının BMT-dəki daimi nümayəndəsi Stavros Lambrinidis deyib.

Rusiyanı qlobal ərzaq təhlükəsizliyini qəsdən pozmaqda ittiham edən Lambrinidis əlavə edib ki, bütün ölkələr naviqasiya azadlığına və qlobal ərzaq təhlükəsizliyinə edilən bu hücumları birmənalı şəkildə pisləməlidir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”