22 oktyabr 2024 09:20
87

Hollandiyanın XİN başçısı Şimali Koreya qoşunlarının Rusiyaya göndərilməsi ilə bağlı narahatdır

Hollandiyanın Xarici İşlər Naziri Kaspar Veldkamp Şimali Koreya hərbçilərinin Rusiyanın Ukraynaya qarşı müharibə səylərində iştirakı ilə bağlı yayılan xəbərlərdən ciddi narahatlığını ifadə edib.

“İki sahil” xəbər verir ki, bu barədə o, “X”də yazıb.

"Şimali Koreya qoşunlarının Rusiyanın Ukraynaya qarşı müharibəsində mümkün iştirakı ilə bağlı məlumatlar ciddi narahatlıq doğurur. Bu, ciddi eskalasiyaya səbəb ola bilər. Biz vəziyyəti izləyirik və lazım gələrsə, Avropa İttifaqı, BMT və NATO-nun birgə yanaşmasının tərəfdarı olacağıq", - nazir vurğulayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”