22 oktyabr 2024 09:29
87

Avstraliya və ABŞ uzun mənzilli raketlərin alınmasına dair razılığa gəliblər

Avstraliya hökuməti 4,7 milyard dollar dəyərində Amerikanın uzaqmənzilli “Standard Raket” raketlərinin alınmasına dair saziş imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avstraliya Müdafiə Departamenti məlumat yayıb.

Qeyd olunur ki, hava və raketdən müdafiə sistemlərinin gücləndirilməsi üçün ABŞ ilə uzun mənzilli “Standard Missile 2 Block IIIC” (SM-2 IIIC) və “Standard Missile 6” (SM-6) raketlərinin alınmasına dair saziş imzalanıb: “Onlar tədricən Avstraliya Hərbi Dəniz Qüvvələrinin bütün Hobart sinifli esmineslərində, sonra isə Hunter sinifli freqatlarda quraşdırılacaq”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”