22 oktyabr 2024 08:45
90

Purnima Anand: Qərb Hindistanın Rusiya ilə dostluğunu çətinləşdirib

Qərb Hindistana çox böyük təzyiqlər edir, bu da onun Rusiyanın dostu olaraq qalmasını çətinləşdirir. Lakin bütün bu problemlər həll oluna bilər və ölkələr arasında dostluq daha da güclənir.

“İki sahil” xəbər verir ki, bunu BRİKS ölkələrinin Beynəlxalq Forumunun prezidenti Purnima Anand assosiasiyanın 16-cı sammiti başlamazdan əvvəl TASS-a müsahibəsində deyib.

“Hindistan-Rusiya münasibətləri həmişə ənənəvi dostluq münasibətləri olub, o cümlədən mədəniyyətlərimizin və adətlərimizin bir-birinə bənzədiyinə əsaslanıb. Qərbdən çoxlu təzyiq var. Bu, həqiqətən Hindistanın Rusiya ilə dostluğuna və əlaqələrinə mane oldu, lakin bizim ekspertlər və xarici işlər naziri bu problemləri həll etmək üçün mümkün olan hər şeyi edəcək", - o deyib.

P.Anand Hindistanın baş naziri Narendra Modinin Rusiyaya səfərini və burada onun şərəflə qarşılanmasını dostluğun mühüm göstəricisi adlandırıb: "Beləliklə, dostluğumuz böyüyür və çox yaxşı münasibətimiz var".

Məhərrəm Ağalaroğlu, “İki sahil”