04 aprel 2018 20:17
1309

Fahriye Evcen geyimi ilə baş GİCƏLLƏNDİRDİ

Xəbər verdiyimiz kimi, dünən türkiyəli aktyor Burak Özçivitin rejissorluq etdiyi “Can Fəda” filminin qala gecəsi baş tutub.

Qala gecəsində aktyorun həyat yoldaşı Fahriye Evcən də iştirak edib.

Aktrisa təqdimat mərasimində gözəlliyi və geyimi ilə filmi kölgədə qoya bilib. Gecənin əsas ulduzu olan Fahriye bütün baxışları üzərinə toplaya bilib.

Kino ulduzu gecə üçün modelyer Fidan Şimşəyin kolleksiyasından qara biserli kombinezon seçib. O, sinə və kürək dekoltesi ilə diqqət çəkib. F.Evcenin geyimi sosial şəbəkələrdə modapərəstlər tərəfindən bəyənilib.

Dodaqlarını açıq qəhvəyi pomada ilə vurğulayan aktrisa makiyajda əsas diqqəti gözlərə verib. O, Obrazın tamamlayıcısı isə qara çoker boyunbağısı olub.