KÖŞƏ

Zahid Rza

Antiazərbaycan şəbəkənin “peşka”ları

21 mart 2018 22:31
8216

Ölkəmizdə keçirilən bütün beynəlxalq əhəmiyyətli, eləcə də prezident və parlament seçkiləri, referendum ərəfəsində antiazərbaycan şəbəkənin “mətbəxində” yeni fitnəkar və şeytani oyunların qaynatdığı qazanların sayı bir az da artır. Siyasəti sağlam təməllərdən uzaqlaşıdırıb çirkli oyunlara alət edən bu Azərbaycan əleyhdarları aprelin 11-də keçiriləcək prezident seçkiləri ərəfəsində yerli əlaltıları olan AXC sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli, Müsavat Partiyasının başqanı Arif Hacılı, gündə bir səngər dəyişən Gültəkin Hacıbəyli kimiləri də mövsümi olaraq “kirayəyə” götürərək ölkəmizin əleyhinə “qara piar” kampaniyasını daha da genişləndiriblər. Antiazərbaycan şəbəkə bu dəfə daha “orijinal” üsula əl ataraq Avropanın müxtəlif ölkələrində məskunlaşan, erməni lobbisinin təsiri altında olan qüvvələrin toruna  düşən bəzi səbatsız, Vətən, xalq təəssübündən uzaq xain gəncləri-”sapı özümüzdən olan baltlar”ı da öz məkrli oyunlarına alət ediblər. Belələrindən “holland markalı” Orduxan Teymurxan, Emin Hüseynov, Tural Sadıqlı, Məhəmməd Mirzəli kimi “marionetkalar” yalançı “imtiyazlı həyat şərtləri” vədlərinə şirniklənərək dövlətimizin və onun simvollarının əleyhinə məkrli, ikrahdoğurucu fəaliyyət göstərərək öz ağalarından aldıqları tapşırıqlar əsasında ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq üçün dəridən-qabıqdan çıxırlar. Bu marginal dəstənin baş kordinatoru da AXCP sədri Əli Kərimlidir. Əslində Ə.Kərimli siyasətlə yox siyasətbazlıqla, “siyasi məhbus” alveri ilə məşğuldur.

Şəxsi ambisiyaları naminə bütün ali dəyərləri ayaqlar altına atan bu üzdəniraq satılmışlar öz xislətlərinə sadiq qalaraq dağıdıcı, qeyri-konstruktiv əməllərini şər-böhtanın, “qara piar”ın, ən başlıcası isə öz antimilli fəaliyyətlərinin miqyasını daha da genişləndiriblər. Mayası xəyanətlə, satqınlıqla, pozuculuqla yoğrulmuş bu siyasətbazlar, onların beş-üç nəfər əlaltıları, trolları sosial şəbəkələrdə saxta profillərlə dövlətimizə, dövlətçiliyimizə, ayrı-ayrı şəxslərə şər-böhtan, təhqir yağdırmaqla özlərini ifşa etməklə yanaşı, erməni dəyirmanına su tökdüklərini və antiazərbaycan dairələrin bir nömrəli qulluqçusu olduqlarını açıq-aşkar ortaya qoyurlar. Öz şəxsi ambisiyalarını milli maraqlardan üstün tutan Ə.Kərimli, C.Həsənli, A.Hacılı kimi siyasət dəllalları bütün mənəvi, əxlaqi dəyərləri tapdalayaraq Avropanın müxtəlif ölkələrində məskunlaşmış, məhdud siyasi təfəkkürlü, dar dünyagörüşlü, ölkəmizdə və dünyada baş verən ictimai-siyasi prosesləri düzgün təhlil edə bilməyən bəzi kəmsavad gəncləri tora salaraq öz məkrli məqsədlərinə alət etməkdən belə çəkinmirlər.

Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan bu üzdəniraqların ölkəmizin əleyhinə apardıqları çirkin təbliğat xalq-iqtidar birliyinin sarsılmaz qayasına çırpılaraq darmadağın olur. Cəmiyyətimiz belə düşmən qüvvələrin, antimilli ünsürlərin, Vətən əxlaqını itirənlərin  məkrli niyyətlərinə, oynadıqları oyunun hər detalına, mexanikasına yaxşı bələd olduğundan onların bütün məkrli planlarının pozulmasına böyük dəstək verib.